RU

Putinlə Tramp arasında təmas qrafiki… - Rusiya XİN

Rusiya və ABŞ-ın xarici siyasət idarələri arasında müəyyən təmaslar var, lakin onların təfərrüatını indi açıqlamağın mənası yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov deyib.

“Prezidentin mətbuat katibinin dediklərinə əlavə edəcəyim heç nə yoxdur. Müəyyən əlaqələr var, lakin bu mövzuda hər hansı təfərrüatı işıqlandırmaq üçün heç bir əsasım yoxdur. Amma ümumilikdə proses davam edir”, - Ryabkov bildirib.

O əlavə edib ki, hazırda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmasların razılaşdırılmış qrafiki yoxdur.

Onun sözlərinə görə, Moskva Ukraynadakı münaqişə ilə bağlı Vaşinqtondan müxtəlif siqnallar alır, lakin praktikada hələ ki, ABŞ-ın kursunda dəyişiklik görməyib.

Qeyd edək ki, bundan öncə Tramp Putinlə danışdığını bildirmişdi. Peskov isə xəbəri nə təsdiq, nə də təkzib etmişdi.

Избранный
28
2
axar.az

3Источники