RU

Tramp: Fələstinlilər Qəzzanın bərpasından sonra ora qayıtmaq istəməyəcək

ABŞ Prezidenti Donald Tramp Qəzza zonasını bərpa etmək planının həyata keçirilməsindən sonra fələstinlilərin anklava qayıtmaq istəməyəcəklərini düşünür...

“Report” xəbər verir ki, o, bu fikri “Fox News” telekanalına müsahibəsində bildirib.

“Onlar geri qayıtmayacaqlar. Çünki daha yaxşı mənzilə və yaşayışa sahib olacaqlar”, - Tramp deyib.

Ağ Ev rəhbəri 1,9 milyon insanın yaşaya biləcəyi gözəl yerlər tikəcəyini söyləyib: “Bunu gələcəyin daşınmaz əmlak layihəsi kimi düşünün”.

ABŞ Prezidenti həmçinin planını həyata keçirmək üçün İordaniya və Misirlə razılığa gələ biləcəyinə əminliyini ifadə edib, çünki Vaşinqton onlara ildə milyardlarla dollar verir.

Bundan əvvəl Amerika lideri ABŞ-nin Qəzzanı “ələ keçirməli” olduğunu və radikal HƏMAS hərəkatının ora qayıtmamasını təmin etməlidir. Tramp anklavı söküntü yerinə bənzədib və sakinlərin “qayıtmağa yerlərinin” olmayacağını deyib.

Poliqon.info

Избранный
6
3
poliqon.info

4Источники