RU

Yağıntılı havada baş verən QƏZALAR - Təcrübəsizlik, yoxsa vaxtında edilməyən texniki qulluq? - VİDEO

Yağıntılı havada yolun nisbətən sürüşkən olmasını nəzərə almayan sürücü qəza törədib. Lazımi ara məsafəsi saxlamamaq və əyləcdən də düzgün istifadə etməmək bu cür havada qəza riskini artırır.

Avtosfer.az-ın məlumatına görə, Bakıda müxtəlif vaxtlarda müşahidə kameralarına düşən bu hadisələr bəzi sürücülərin belə havalarda qeyd edilən nüanslara diqqət yetirmədiklərini göstərir.

Bəs qəzaların baş verməsinə əsas səbəb sürücü təcrübəsizliyidir, yoxsa avtomobilə vaxtında edilməyən texniki qulluq?

 Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, belə havada ən çox qəzalar avtomobilin şinlərinin köhnə və yaxud da düzgün seçilməməsindən baş verir.

Usta hesab edir ki, təkər seçərkən bu amillərə ciddi əməl etmək lazımdır. Bəs hansı təkərləri seçməliyik ki, yağışlı havada təhlükə yaranmasın?

Usta sürücülərə məsləhər görür ki, yağmurlu havada avtomobili rahat idarə edə bilmək üçün dörd mövsümlü təkər alsınlar.

Ətraflı videomaterialda.

Избранный
18
1
avtosfer.az

2Источники