RU

HƏMAS yeni girovların azad edilməsini təxirə saldı

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan israilli girovların yeni qrupunun azad edilməsi prosesini təxirə salıb...

Bu qrupun fevralın 15-də evlərinə qayıtması nəzərdə tutulurdu, lakin İsrailin atəşkəs sazişini pozması səbəbindən bu baş verməyə bilər.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının nümayəndəsi Əbu Ubeydə öz "Telegram" kanalında açıqlama yayıb.

"Son üç həftə ərzində qarşı tərəfin razılaşmanın şərtlərini daim pozduğunu müşahidə edirdik. Buna görə də fevralın 15-də buraxılmalı olan girovların azad edilməsini daha sonrakı tarixə təxirə salmaq qərarına gəldik. İsrail sazişin şərtlərinə əməl etməli və son həftələrdə vurduğu zərəri geri qaytarmalıdır", – deyə açıqlamada qeyd olunub.

Poliqon.info

Избранный
20
9
poliqon.info

10Источники