Ukraynada səfərbərlik yaşına çatmamış və Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlamaq istəyən gənclərə 24 min dollar və digər imtiyazlar veriləcək.
APA “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Mənə elə gəlir ki, bu, 1 illik müqavilə bağlamaq istəyən insanlar üçün çox yaxşı təklifdir. İstəsələr davam edə bilərlər, amma bu, bir illik müqavilədir”, - Zelenski qeyd edib.
O, əlavə edib ki, müqavilə müddəti başa çatdıqdan sonra gənclər ali məktəbi seçə, imtahansız qəbul oluna və dövlət hesabına təhsil ala biləcəklər. Həmçinin, onlara faizsiz mənzil ipotekası veriləcək.