Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqdə müxalifətin “Gürcüstan Naminə” partiyasından olan deputat Levan Qoqiçaişvilini saxlayıblar.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Qoqiçaişvili parlament binası yaxınlığında polislə toqquşma zamanı etirazçılar Rustaveli prospektini bağlamağa cəhd edərkən saxlanılıb.
Polis əməkdaşları etirazçılara yolu bağlamamaq barədə xəbərdarlıq etsə də, bəzi nümayişçilər buna əməl etməyiblər.
Qoqiçaişvilidən başqa daha bir neçə nəfər saxlanılıb. Polisin onları hansı maddə ilə saxladığı məlum deyil. Daxili İşlər Nazirliyi hələlik heç bir rəsmi şərh verməyib.