RU

Roskomnadzorun keçmiş rəhbərinin oğlu dələduzlara 1 milyon 136 min manat PUL VERDİ

“Qazprom-Media” rəhbərinin və Roskomnadzorun keçmiş rəhbərinin oğlu dələduzlara külli miqdarda pul verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, “Qazprom-Media” rəhbərinin və Roskomnadzorun keçmiş rəhbərinin oğlu fırıldaqçılara 65 milyon rubl (təxm. 1 milyon 136 min man) verib.

Aleksandr Jarovun 20 yaşlı oğlu Nikolay fevralın 8-də işlənməyə başlayıb.

Fırıldaqçılar özlərini Megafon işçisi kimi təqdim ediblər və “SİM kart müqaviləsinin uzadılması” ssenarisindən istifadə edərək, oğlandan SMS kodu istəyiblər.

Onun “Qosuslug”na giriş əldə edərək, aldatmağa davam ediblər.

Zərərçəkmiş dələduzların tələbi ilə evdə olan bütün pulları – 49 milyon rubl, 36 min dollar və 133 min avronu toplayıb kuryerlərə təhvil verib.

Lakin fırıldaqçılar bununla da dayanmayıblar.

Nikolay məcbur qalıb evdən saat kolleksiyasını götürüb lombarda təhvil verməli və aldığı pulu kuryerə təhvil verərək “bəyan” etməli olub.

Lombard işçisi qız nəyinsə səhv olduğunu başa düşüb. Zərərçəkmiş saatı sənədsiz satmaqda israr edib və qız polisə müraciət edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
12
interpress.az

1Источники