RU

Ukrayna ABŞ-ın 52-ci ştatı olsun - Deputat

Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edilib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqla Teleqram kanalında yazıb.

“Bəlkə 52-ci ştat olaq? Rusiya Federasiyası ilə tam qonşu…” - deyə o qeyd edib.

Bezuqla bu sözlərlə ABŞ Prezidenti Donald Trampın Kanadanın 51-ci ştat kimi ABŞ-a birləşdirilməsi təklifinə reaksiya verib.

Xatırladaq ki, Tramp dəfələrlə Kanada və Qrenlandiyanı ABŞ-a birləşdirmək istədiyini bəyan edib. Ağ Ev rəhbəri Panama kanalını da ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir.

Избранный
47
3
axar.az

10Источники