Qəzza zolağında saxlanılan girovlar vaxtında azad oluna bilər, ancaq o şərtlə ki, yaxın beş gün ərzində vasitəçilər İsraili atəşkəs razılaşmasının bütün şərtlərinə əməl etməyə məcbur etsinlər.
Axar.az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın Teleqram kanalında dərc olunub.
Qeyd edək ki, HƏMAS İsrailin Qəzza zolağında atəşkəs razılaşmasını pozmasını əsas gətirərək girovların azad edilməsini dayandırıb.