Misli Premyer Liqasının XXII turunda “Zirə” ilə keçirilən görüş “Neftçi” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” səfərdə rəqibi üzərində 2:1 hesablı zəfər qazanıb.
Bu nəticə “Neftçi”nin cari mövsümdəki ilk səfər qələbəsi olub.
Bundan əlavə, oyunda komandanın kapitanı Emin Mahmudov ilk qolu vuraraq “Neftçi”nin səfər matçlarında vurduğu 650-ci qola imza atıb.
Xatırladaq ki, geridə qalan 10 səfər matçında “Neftçi” 5 məğlubiyyət alıb, 5 oyunda isə heç-heçə edib.
Qeyd edək ki, Samir Abasovun yetirmələri bu qələbə sayəsində xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
Nesta yenidən “Monza”da
Elmar Baxşıyev: "Hər iki cəbhədə oynamağa çalışacağıq"
Azər bağırov: "Səfərdə bir xal..."
"Araz-Naxçıvan" "Kəpəz"lə sülhə razılaşdı- YENİLƏNİB
"Sumqayıt" qol orucunda: Vaqif Cavadov nə etməlidir?