RU

Üzünə bu maskanı çəkdi, komaya düşdü

Son günlər Cənubi Kiprdə “HHC”, “THCP”, “THCPO” və tərkibində sintetik maddələr olan məhsullar mağazalardan yığışdırılır.

KONKRET.az xəbər verir ki, Cənubi Kiprə turistik məqsədlə gedən israilli qadın fevralın 1-də koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

28 yaşlı qadın tərkibində qadağan olunmuş maddə olan aloe maskası alıb və istifadə edib. Bundan sonra onun vəziyyəti ağırlaşıb. Həmin mağazanın sahibi həbs edilib.

Kipr polisi keçən il Cənubi Kiprdə bu istiqamətdə 16 araşdırmanın aparıldığını və 2000-dən çox narkotik mənşəli preparatın aşkarlandığını, bu ilin yanvar ayının əvvəlindən isə 670 preparatın müəyyən edilərək ələ keçirildiyini açıqlayıb.

Narkotiklərlə Mübarizə İdarəsi də mağazada tərkibində “HHC”, “THCP”, “THCPO” kimi yarı sintetik kannabinoidlər və dərman preparatları olan müxtəlif məhsulların olduğunu bildirib. (Publika.az)

Избранный
28
9
konkret.az

10Источники