Avropa İnvestisiya Bankı (AİB) Kiyevə 2 milyard dollar ayırıb.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
"Mən indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşdüm. Söhbət dəstəkdən gedir - Ukrayna üçün daha 2 milyard dollar, bu, enerjimizə, mənzil proqramlarımıza, infrastruktur layihələrimizə ayrılan vəsaitdir. Yardımınız üçün təşəkkür edirik!", - Zelenski bildirib.
Milli.Az