RU

Ukraynalı qaçqınlar kütləvi şəkildə Polşadan Almaniyaya köçürlər

Ukraynalı qaçqınlar kütləvi şəkildə Polşadan Almaniyaya getməyə başlayıblar.

SİA-nın məlumatına görə, bu barədə “inPoland” portalı Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına əsasən xəbər verir.

Hazırda Polşada ukraynalıların sayı təxminən 983 minə qədər azalıb, halbuki 2022-ci ildə onların sayı 1,3 milyondan çox olub.
Ukraynalıların Almaniyaya miqrasiyasını şərtləndirən əsas amillər yüksək maaşlar, sosial müavinətlər və daha yaxşı tibbi xidmətlərdir.

Almaniya Avropa İttifaqında ukraynalı qaçqınlar üçün ən arzuolunan ünvana çevrilib,..Polşanı 150 min nəfərdən çox qabaqlayıb.

Eurostat hesabatına görə, 2024-cü ilin sonuna kimi Almaniyada 1,14 milyondan çox Ukrayna vətəndaşı yaşayırdı.

Almaniya hökumətinin məlumatına görə, 2024-cü ilin avqust ayına olan məlumata görə, ölkədə 1,3 milyona yaxın Ukrayna vətəndaşı yaşayır ki, onların da əksəriyyəti qaçqındır. Onlardan yalnız 266 mini işlə təmin olunub, təxminən 100 mini dil və inteqrasiya kursları alıb.

Eyni zamanda 717 min ukraynalı işsizlik müavinəti alır. Bundan əvvəl Polşanın müdafiə naziri Kosiniyak-Kamış ölkə sakinlərinin ukraynalı qaçqınlardan bezdiyini bildirmişdi. Polşa da ukraynalılara dəstək proqramını dayandırıb, icarə ödənişlərini və birdəfəlik müavinətləri dayandırıb.

Əli Babayev

Избранный
13
sia.az

1Источники