RU

“Neftçi”dən növbəti transfer - rəsmi

"Neftçi" qış fasiləsində növbəti transferini gerçəkləşdirib.

Apasport.az xəbər verir ki, paytaxt klubu Aleks Fernandeslə heyətini gücləndirib.

Braziliyalı sağ vinger mövsümün sonunda kimi icarəyə götürülüb.

Razılaşmaya əsasən "Baltika"ya (Rusiya) məxsus futbolçu ilə müqavilə 6 ay uzadıla bilər.

Qeyd edək ki, Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib. O, 2022-ci ildə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsümdə meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

 

“Neftçi”dən fantastik qələbə - YENİLƏNİB

Nesta yenidən “Monza”da

Elmar Baxşıyev: "Hər iki cəbhədə oynamağa çalışacağıq"

Azər bağırov: "Səfərdə bir xal..."

"Araz-Naxçıvan" "Kəpəz"lə sülhə razılaşdı- YENİLƏNİB

Избранный
27
4
apasport.az

10Источники