RU

Qaraciyəri məhv edən məhsullar

Rusiyalı həkim Aleksandr Myasnikov “Rossiya” kanalında öz müəllif proqramında qaraciyər üçün zərərli olan məhsulları sadalayıb.

Onun sözlərinə görə, qaraciyərə ən dağıdıcı zərbəni alkoqol, şirniyyat, un və yağlı yeməklər vurur. Pəhriziniz əsasən bu məhsullardan ibarətdirsə, qaraciyər tədricən aktiv hepatosit toxumasını yağ toxuması ilə, sonra isə çapıq toxuması ilə əvəz edir.

“Heyvan mənşəli yağlar, doymamış yağlar və tez həzm olunan karbohidratlar qaraciyərin düşmənləridir”, -həkim xəbərdarlıq edib.

"Əbəs yerə demirəm ki, ağ heç nə yeməyin. Ağ olan hər şey qaraciyər üçün zərərlidir. Ağ çörək, şəkər, ağ un, ağ makaron, ağ düyü. Çox tez həzm olunan, emal olunmuş hər şey qaraciyər üçün zərərlidir", - Myasnikov fikrini yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”

Избранный
19
ikisahil.az

1Источники