1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Almaniyanın Qottingen Universitetinin dəstəklədiyi beynəlxalq tədqiqat qrupu Zaqros dağlarının təzyiqi altında son 20 milyon il ərzində Yer səthinin nə qədər əyildiyini araşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Araşdırmaya görə, alimlər Türkiyənin altında genişlənən çat aşkar ediblər.
Kəşf Yerin dərinliklərində geoloji hadisələri anlamağa kömək edə bilər.
Bildirilib ki, çat ölkənin cənub-şərqindən İranın şimal-qərbinə qədər uzanır. Çatlamanın səbəbi isə Yerin dərinliklərində baş verən tektonik proseslərdir.
![](https://images.oxu.az/2025/02/10/JuajAbf5b4mUpN38cJKrLe5OQomzsQsTD1QodLwe:450.jpg)
![](https://images.oxu.az/2025/02/10/z2hVWixX7ADcMI3UMaDK3mWfvMRUf9eZb5PMoDd1:450.webp)
![](https://images.oxu.az/2025/02/10/p3cjAPkqFRwvn8oleGFUjKMwwcoCdNHZ9QUyPjbk:450.webp)