RU

ABŞ-da hava limanında 2 təyyarə toqquşub, ölən var

Vaşinqton, 11 fevral, AZƏRTAC

ABŞ-ın Arizona ştatının Marisopa vilayətində “Bombardier Learjet” təyyarəsi Skottsdeyl hava limanına endikdən sonra enmə zolağından çıxaraq şəxsi ərazidə park edilmiş “Gulfstream 2100” biznes təyyarəsinə çırpılıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə,

hadisə yerli vaxtla günorta saatlarında baş verib. Bir nəfərin sıxılmış təyyarədə köməksiz vəziyyətdə qaldığı deyilir. Yerli yanğınsöndürmə idarəsi, polis və təcili yardım heyəti hadisə yerindədir və xilasetmə işləri aparılır.

FAA hadisənin başvermə səbəblərini araşdıracağını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
14
50
azertag.az

10Источники