Arizona ştatının Skottsdeyl hava limanında “Bombardier Learjet” təyyarəsi “Gulfstream 2100” biznes təyyarəsi ilə toqquşub.
Bu barədə “ABC News” Federal Aviasiya Administrasiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, “Bombardier” eniş edərkən uçuş-enmə zolağından çıxıb və park edilmiş “Gulfstream”ə çırpılıb.
Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.