RU

Gəncədə dayı-bacıoğlu dalaşdı - Qan töküldü

Gəncədə qohumlar arasında mübahisə qanla nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin məcburi köçkünlər məskunlaşan  Gülüstan qəsəbəsi AKTA-6 adlanan yataqxanasında baş verib. 

Hadisə zamanı Kəlbəcər rayon sakinləri, 38 yaşlı Ruslan Novruzlu və onun dayısı 56 yaşlı Knyaz Məmmədov içkili olublar.

Onların arasında mübahisə düşüb. Nəticədə dayı bacısı oğlunun döş qəfəsindən bıçaq zərbəsi endirib. R. Novruzlu da dayısına bıçaqla qarşılıq verib. K.Məmmədov yüngül xəsarətlər alıb. Yaralı R. Novruzlu xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyata götürülüb,  Vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Əraziyə  hüquq-mühafizə orqanı əməkfaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
0
23
bizim.media

10Источники