“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin çöl-ölçmə avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin ümumi dəyəri 53 336 AZN olub.
Cabir Həsənov
Tarix: 11 Fevral 2025, 08:45