RU

ABŞ dövlət katibi Misirin xarici işlər naziri ilə Qəzzanın gələcəyini müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio və Misirin xarici işlər naziri Bədr Abdel Atti Vaşinqtonda keçirilən görüşdə Qəzza zolağında idarəetmə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun yazılı açıqlamasında məlumat verilib.

Rubio Qəzzada münaqişədən sonrakı idarəçilik və təhlükəsizlik planlarının həyata keçirilməsi üçün sıx əməkdaşlığın vacibliyini bir daha vurğulayıb.

Dövlət katibi həmçinin vurğulayıb ki, Fələstinin radikal HƏMAS hərəkatı bir daha heç vaxt Qəzzanı idarə edə və İsraili təhdid edə bilməyəcək.

Tərəflər Suriyada baş verənlər proseslər ətrafında da fikir mübadiləsi aparıblar.

Rubio və Abdel Atti həmçinin sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün ikitərəfli əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər.

Избранный
15
7
apa.az

8Источники