RU

“Tarixdə bu gün” - “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

11 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

11 fevral “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür:

 

Günün əsas hədəfi 2030-cu ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir.

 

Bu günün qeyd olunmasında məqsəd qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmin sahələrinin inkişafında iştirakını gücləndirməyin vacibliyini göstərməkdir.

 

11 fevral Vergi xidməti işçilərinin peşə bayramıdır:

 

11 fevral 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb. Həmin tarix ölkəmizdə vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur

 

11 fevral Ümumdünya Xəstələr Günüdür:

 

Bu əlamətdar gün Roma Papası II İohann Pavel tərəfindən 1992-ci il mayın 13-də təsis edilib. 

 

Tarixin seçilməsi isə katoliklərin hər il fevralın 11-də sağlamlıqları üçün dua etmələri ilə əlaqədardır. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.

 

11 fevral 1981-ci ildə Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib:

 

Tiflisdə anadan olan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Избранный
13
azedu.az

1Источники