RU

Ancelina oğlu ilə alış-verişdə...

Dünyaca məşhur Hollivud aktrisası Ancelina Coli 16 yaşlı oğlu Knoksla birlikdə alış-veriş edərkən görüntülənib. 

OLAY yazır ki, 49 yaşlı sənətçi tünd-boz şalvar və açıq rəngli köynək geyinib. Üzərinə qum rəngli trençkot geyinən Coli görünüşünü qara dabanlar və gün eynəkləri ilə tamamlayıb.

Knoks gəzinti üçün böyük ölçülü qəhvəyi köynək, “oversize” şalvar və ağ idman ayaqqabısı seçib. 

Daha əvvəl Knoksun nə qədər böyüdüyü və atası Bred Pittə bənzəməsi sosial şəbəkədə müzakirə olunub.

Qeyd edək ki, Knoks cütlüyün üç bioloji övladından biridir. Ulduz cütlüyün iki bioloji qızı da var: Knoksun əkiz bacısı 16 yaşlı Vivyen və 18 yaşlı Şilo. Aktyorların bioloji övladlarından başqa üç övladlığa götürülmüş övladı var: 23 yaşlı Maddoks, 20 yaşlı Paks və 19 yaşlı Zahara. Hər üç qız Pitt adından imtina ediblər.

Xatırladaq ki, aktyorlar 2005-ci ildən birlikdə olub və 2014-cü ildə evləniblər. Toydan iki il sonra onların ayrıldığı məlum olub. Boşanma məhkəməsi səkkiz ildən çox davam edib və 2024-cü ilin dekabrında yekunlaşıb. Bu yaxınlarda Ancelina Colinin keçmiş ərindən qisas almaq niyyətində olması ilə bağlı şayiələr yayılıb. Aktrisanın narazılığına səbəb Mariya Kallasdan bəhs edən filmdəki roluna görə “Oskar” mükafatına namizəd göstərilməməsi, iddiaya görə Pittin təsiri olub.

Избранный
7
olay.az

1Источники