RU

“Neftçi” Aleksi icarəyə götürdü

“Neftçi” qış transfer dönəmində daha bir oyunçunu heyətinə qatıb.

Msport.az xəbər verir ki, braziliyalı sağ vinger Aleks Fernandes “ağ-qaralar”la anlaşıb.

22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb. Razılığa əsasən, icarə müddəti daha 6 ay uzadıla bilər. Fernandes “Neftçi”də 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Aleks Fernandes Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. O, ötən ilin əvvəlində “Baltika”ya keçib.

Избранный
19
msport.az

1Источники