“Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən uşaq bağçalarından birində azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, videonu bloqer Saleh Nəsirov öz sosial şəbəkə hesabında paylaşıb.
O qeyd edib ki, hadisə fevralın 6-sı saat 16:55-də baş verib. İddiaya görə, müəllim təhlükəsizlik kameralarının qarşısında uşaqlardan birinə əl qaldırıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik: