RU

İlon Mask "OpenAI" üçün 97,4 milyard dollar təklif edir

Amerikalı milyarder İlon Maskın başçılıq etdiyi bir investor qrupu ChatGPT süni intellekt modelinin yaradıcısı "OpenAI"ni əldə etmək üçün təxminən 97,4 milyard dollar dəyərində təklif irəli sürüb.

"The Wall Street Journal" Maskın başçılıq etdiyi investorların OpenAI idarə heyətinə şirkəti satın almaq üçün təxminən 97,4 milyard dollar təklif etdiyini bildirib.

"Operativ Media"nın məlumatına görə, adı çəkilən jurnal Maskın vəkili Mark Toberoffun açıqlamalarına istinadən xəbər verib.

Xəbərdə Maskın "OpenAI"nin "bir dəfə açıq mənbə, təhlükəsizlik diqqət mərkəzində olan və ictimai maraq" vəziyyətinə qayıtması lazım olduğunu və "bunu reallaşdırmaq üçün çalışdıqlarını" dediyi iddia edilib.

Digər tərəfdən, "OpenAI" CEO-su Sam Altman X hesabında etdiyi bir paylaşımda iddialara cavab olaraq "Xeyr, sağ olun, amma istəsəniz "Twitter"i 9,74 milyard dollara ala bilərik" deyə qeyd edib.

Избранный
16
3
operativmedia.az

6Источники