RU

Tramp: Atəşkəsi dayandırın, QOY QİYAMƏT QOPSUN!

HƏMAS axşam saatlarında verdiyi açıqlamada Qəzzada əsir mübadiləsi razılaşmasının dayandırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, atəşkəsin pozulacağı təqdirdə İsrail Ordusu həyəcan vəziyyətinə gətirilərkən, ABŞ prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlama verib.

Tramp, "Şənbə günü saat 12-yə qədər bütün məhbuslar azad edilməsə, atəşkəs sona çatmalıdır. Amma bu, İsrailin əlindədir. Qoy qiyamət qopsun! " deyərək atəşkəsin dayandırılmasını tələb edib.

Tramp həmçinin Qəzzalıların Misir və İordaniyaya köçürülməsi planını təkrarlayaraq, “Məncə İordaniya qəzzalıları alacaq” deyib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
8
turkustan.az

1Источники