RU

“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub

Bakı, 11 fevral, AZƏRTAC

“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb. O, Misli Premyer Liqasının XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.

Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.

Избранный
2
23
azertag.az

10Источники