RU

Ermənistanın müharibəyə hazırlığı: Sülh bəyanatları və gizli silahlanma

Ermənistan son aylarda hərbi hazırlığını intensivləşdirir. Caliber-in məlumatına görə, bu proses planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Xüsusilə Qərbin, o cümlədən Fransanın Ermənistana verdiyi hərbi dəstək bu ölkəni sülhdən daha da uzaqlaşdırır. Paris artıq Ermənistana göndəriləcək 26 ədəd Bastion zirehli transportyorunun 10-nun istehsalını tamamlayıb. Bundan əlavə, Fransanın tədarük etdiyi hücum silahları bölgədə yeni gərginlik ocağı yaradır. Sərhəd bölgəsində hərbi fəallığın artması və Ermənistanın döyüş hazırlığını davam etdirməsi ciddi suallar doğurur. Ermənistan bu addımlarla nəyə nail olmağa çalışır? Hücum silahlarını sərhədə gətirən bu ölkə yeni münaqişə üçün zəmin yaradırmı? Qərbin dəstəyi ilə hərbi gücünü artıran Ermənistan bölgədə hansı ssenariyə hazırlaşır?
Bu barədə  Moderator.az-a açıqlama verən  politoloq Turab Rzayev deyib ki, Ermənistanın silahlanması müsbət perspektiv vəd etmir:
 “Hazırkı vəziyyətdə Ermənistanın qısa müddətdə silahlanaraq Azərbaycan ordusuna müqavimət göstərə biləcək gücə malik deyil. Ermənistan ordusunun hərbi potensialı hələ də zəifdir və Azərbaycan ordusunun qarşısında kifayət qədər acizdir. Bununla belə, Ermənistan müxtəlif növ silahlar – raketlər, elektron mübarizə vasitələri, zirehli texnika, haubitsalar və digər silahlar əldə edir. Ermənistan  beş kilometrə qədər məsafəni qət edə bilən və yarım ton, hətta bir ton yük daşıya bilən raketlər alır. Bunları qanadlı raketlər və kiçik ballistik raketlər kateqoriyasına aid etmək olar. Bu silahlanmanın əsas məqsədinin Azərbaycana qarşı olduğunu düşünmək üçün ciddi əsaslar var. Ermənistanın hazırda başqa bir ölkə ilə ciddi hərbi qarşıdurması yoxdur və bu fakt bizi narahat etməlidir. Maraqlıdır ki, Ermənistan bir tərəfdən sülh danışıqlarına hazır olduğunu bildirir, hətta Baş nazir Nikol Paşinyan razılaşma əldə olunsa, sülh müqaviləsinin bir həftə və ya 15 gün ərzində imzalana biləcəyini deyir. Digər tərəfdən isə ölkə böyük məbləğdə vəsaiti sosial ehtiyaclara deyil, silahlanmaya yönəldir. Əgər Ermənistan həqiqətən də sülhə hazırlaşırsa, onda niyə bu qədər maliyyəni silahlanmaya xərcləyir? Əhalisinin sosial rifahına, müharibənin dağıntılarının aradan qaldırılmasına sərf etmək əvəzinə, niyə yeni hərbi texnikalar alır?”.
Politoloq əlavə edib ki, Ermənistan ikiüzlü siyasət yürüdərək həm sülh danışıqlarını davam etdirmək, həm də önümüzdəki 4-5 il ərzində hərbi gücünü bərpa edərək yenidən revanşizmə cəhd etmək niyyətindədir:
“Azərbaycan bu təhlükəni görməli və adekvat tədbirlər görməlidir. Eyni zamanda, dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkmək və Ermənistana təzyiq göstərilməsinə nail olmaq vacibdir. Ermənistan ya sülhü seçməli, ya da silahlanmaya davam edərək bölgədə yeni müharibə riskini artırdığını qəbul etməlidir. Eyni zamanda da vaxtaşırı xatırlatmaq lazımdır ki, onlar revanşizmi ilə güclənsə, o zaman Azərbaycanın cəza tədbirləri də çox kifayət qədər sərt olacaq. Amma  istənilən halda bu məsələdə dünya ictimaiyyətinin gündəminə çatdırılmalıdır və Azərbaycan maksimum təzyiq etməlidir. Ermənistan silahlanmada müəyyən paytexti keçməsin. Dünya ictimaiyyəti çalışmalıdır ki, Ermənistana təzyiq eləsin ki, seçim eləsin. Silah varsa, bu silah partlamalıdır və orda təxribat olma riski, mühaibə olma riski yüksəkdir”.
 
Mehin Mehmanqızı
Избранный
5
1
moderator.az

2Источники