"Arsenal"ın növbəti mövsüm üçün transfer planı bəlli olub.

Offsideplus.az xəbər verir ki, "topçular" yay "transfer pəncərəsi"ndə "Liverpul"un ulduz futbolçusunu transfer etməyi planlaşdırır.

Bu barədə İngiltərə mediasında məlumat yayılıb.

"Arsenal" növbəti mövsüm Dioqo Jotanı heyətinə cəlb etmək istəyir.

Ulduz futbolçu 2024/25 mövsümündə "Liverpul" forması ilə meydana çıxdığı 21 oyunda 8 qola və 2 məhsuldar ötürməyə imza atıb.