RU

Yumurta istehsalının sürətləndiyi və zəiflədiyi - 4 RAYON - SİYAHI

Ötən il ölkə üzrə yumurta istehsalı 112,6 milyon ədəd (5,1%) artıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin açıqladığı rəqəmlər əsasında aparılmış hesablamalara görə artım ən çox Xızı rayonunda qeydə alınıb. Məlumata görə rayon üzrə son bir il ərzində 99,4 milyon (24,4%) artım baş verib. Xızı rayonu istehsalın həcminə görə də 1-ci olub.

İstehsalın həcminə görə 65-ci sırada olan ölkənin ikinci ən böyük şəhəri olan Gəncə artım tempinə görə də ikinci olub. Şəhərdə istehsalın səviyyəsində 2023-cü illə müqayisədə 20,9% və ya 210 min ədəd artım olub.

Qobustan rayonu 1,3 milyon ədəd (15,9%) artımla 3-cü, Abşeron rayonu isə 11,8 milyon ədəd (9,1%) artımla 4-cü olub.

 

Избранный
6
fed.az

1Источники