“Qəhvə 2-ci tip diabet riskini 10 faiz azaldır”
Medianews.az xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova deyib.
Pavlovanın sözlərinə görə, bu nəticə 34 il ərzində aparılan və təxminən 290 min insanın iştirak etdiyi tədqiqatlar nəticəsində aşkar edilib.
Məlum olub ki, gündə bir fincan şəkərsiz qara qəhvə içənlərdə diabet riski on faiz, şəkərlə – beş faiz, süni dadlandırıcı ilə – yeddi faiz azalıb. Ancaq qəhvəyə süd əlavə etmək heç bir şəkildə nəticələrə təsir etməyib.
Pavlova vurğulayıb ki, qəhvəni müntəzəm olaraq, normada və bəzi qaydalara riayət etməklə içsəniz, bu xəstəliyin qarşısını almağın xoş yollarından biri ola bilər.
Medianews.az