RU

“Sevdiyim insanın dostları bizim qovuşmağımıza imkan vermədilər” - Naibə

“Xanım kimi xoşbəxt deyiləm. Hər zaman gənc bir qız xəyallarında ağ atlı bir şahzadəni arzulayır. Yəni mən o şahzadəmi tapmadım. Şahzadə deyəndə bəlkə də insanlar zənginlik və sairə kimi başa düşərlər. Xeyr! Düşünürəm ki, bu həyatda mən “ruh əkizimi” tapa bilmədim. Məndə alınmadı onu tapmaq. Buna da şükür edirəm. Bu gün mən anayam, övladım var, az-çox tamaşaçılar tərəfindən sevilirəm. Allahın mənə yazdığı bu taleyə görə də şükür edirəm”.

OLAY yazır ki, bu sözləri Xalq artist Naibə Allahverdiyeva qonaq olduğu “Etiraf” verilişində deyib.

Proqramın aparıcısı İlham Mirzəyevin “Heç ürəkdən sevib, bağlandığınız insan olub?” sualına aktrisa belə cavab verib:

“Təbii ki, olub. O insanla qovuşmamışam. Qoymadılar, imkan vermədilər qovuşmağa. Ən böyük sevgim də o insan olub. Bizim aramızda çox böyük bir sevgi olub. Onun dostları imkan vermədilər biz qovuşaq. Bizim çox gözəl cütlük adlandırırdılar. Düzdü, o dostlardan biri gəlib məndən etdiklərinə görə üzr istədi. Amma sevdiyim insanın da həyatı məhv oldu. O, tənha bir həyat yaşadı və dünyasını dəyişdi. Həyatı tənhalıqla keçdi. Həyatdır da...”

Aparıcının “Qızınızı ərə verəcəksiniz. Bəs tək qalmaqdan qorxmursunuz?” sualına N.Allahverdiyevanın cavabı belə olub:

“Mən ikkinci dəfə ailə həyatı qurdum. Amma alınmadı, ailəmiz dağıldı. Tənhalıq çox pis şeydir. Təklikdə tənhalığın arasında böyük bir fərq var. Tənhalıq bir insanın daxili aləmidir. Tənha həm kişi həm də qadın üçün çox çətindir. Tənhalıq bu dəhşətdir, quyunun dibidir. Düşürsən ora və çabalayırsan. Deyəcəyin  bir söz yox, dərdinini danışacağın bir insan yox. Amma yenidən ailə qurmaq və buna addım atmaq kimi düşüncələrim yoxdur (ağlayır). Bu bir gismətdir... Düşünmürəm və heç istəmirəm də...”

Избранный
16
3
olay.az

4Источники