RU

Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev İran İslam Respublikasının PrezidentiMəsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabınınQələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən özadımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrinhərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimizarasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olanxalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindənqaynaqlanır.

Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika vədigər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlıfəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeniməzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi vətəhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığıbundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləriəsasında inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıqvə rifah arzulayıram".

Избранный
6
49
az.trend.az

10Источники