RU

Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı və insan amili çox önəmlidir - Vüsal Şıxəliyev

Bakı. Trend:

Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı və insanamili çox önəmlidir.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsininsektor müdiri Vüsal Şıxəliyev Bakıda keçirilən İnsan İnkişafıForumunda deyib.

O bildirib ki, bu sahədə biznes mühiti və beynəlxalq reytinqlərüzrə konvensiya fəaliyyət göstərir: "Bu konvensiyada bilavasitəinsan inkişafına aid üç xüsusi işçi qrupu fəaliyyətdədir ki,onların arasında mən insan kapitalı işçi qrupunu xüsusi vurğulamaqistərdim.

Gənclərin və uşaqların biznes təfəkkürünün formalaşdırılması,onların biznes düşüncə tərzinin yeni, müasir çağırışlar əsasındayaradılması bizim üçün ən aktual mövzulardandır".

Vüsal Şıxəliyev qeyd edib ki, cəmiyyətdə artıq müasir çağırışlarondan ibarətdir ki, resursların tükənən xarakterli olması və eynizamanda 4-cü sənaye inqilabının bu gün yaratdığı yeni sahələr, yeniiş prinsipləri insan kapitalına xüsusi diqqət yetirməyi vacibbilir:

"Bu sahədə daim öyrənmək, inkişaf etmək, yeni biliklər vəbacarıqların öyrənilərək tətbiq edilməsi əsas prioritet kimimüəyyən edilməlidir.

İnsan kapitalının inkişafında özəl sektorun rolunun imkanları vəresursları nədən ibarətdir? Bu sahədə dövlət qurumlarının təqdimetdiyi siyasət alətlərinin məhz özəl sektor tərəfindən praktikadatətbiqinin nailiyyətləri bizim üçün çox önəmlidir. Nəzərə alsaq ki,qanun və qaydaların biznesə tətbiqi və reallaşdırılmasındabilavasitə iştirakçıları biznes dairələridir. Bu baxımdan dövlət vəbiznes dialoqunda biz istərdik ki, əməkdaşlıq imkanları daha dagenişləndirilsin".

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair MilliPrioritetlər”in 5 əsas prioritetindən biri məhz rəqabətli insankapitalına əsaslanır. Bu yöndə ölkəmizdə insan kapitalınıninkişafına yaradılmış əlverişli mühit və bu sahədə infrastrukturproseslərindən tutmuş cəmiyyətin bütün maraqlı tərəflərininprosesdə inkluziv iştirakı üçün imkanlar və ekosisteminyaradılmasına nail olunmuşdur", - dəyə. V. Şıxəliyevvurğulayıb.

Избранный
9
3
az.trend.az

5Источники