RU

“Neftçi” səfərdə 650-ci qolunu vurdu

Premyer Liqanın 2024/2025-ci illər mövsümündə uğursuz çıxış edən “Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.

Arena.az xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb.

O, Azərbaycan Premyer Liqasının 22-ci turunun “Zirə” ilə səfər görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.

Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.

Xatırladaq ki, “Neftçi” hazırda Azərbaycan Premyer Liqasının yarış cədvəlində 24 xalla 6-cı pillədə qərarlaşıb.

Избранный
42
23
arena.az

10Источники