RU

Maskın sərvəti 2025-ci ildə ilk dəfə olaraq 400 milyard dollardan aşağı düşüb

Amerikalı sahibkar və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın sərvəti 2025-ci ildə ilk dəfə olaraq 400 milyard dollardan aşağı düşüb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Bloomberg agentliyi məlumat yayıb.

 

Müəlliflərin fikrincə, bu, Tesla səhmlərinin dəyərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi fonunda baş verib. Dekabrın ortalarında tarixi maksimuma çatdıqdan sonra holdinqin qiymətli kağızlarının qiyməti 27% ucuzlaşıb.

 

Ötən həftə satış həcminin azalması ilə bağlı hesabatlar fonunda azalma xüsusilə kəskin idi. Tesla səhmləri daha sonra 11% düşdü. Fevralın 10-na Amerika şirkətinin qiymətli kağızları hər səhmə görə 350,73 dollar dəyərində qiymətləndirilib.

 

Maskın sərvəti dekabrın ortalarında 400 milyard dollara çatıb. Bloomberg-in məlumatına görə, onun kapital artımının ən son katalizatoru SpaceX-in səhmlərinin insayder satışı olub ki, bu da sahibkarın sərvətini 439,2 milyard dollara çatdırıb. Beləliklə, Mask tarixdə belə nəticələr əldə edən ilk şəxs olub.

 

Bundan əvvəl Mask ABŞ Təhsil Departamentini təxminən 1 milyard dollarlıq müqavilələrdən məhrum etmişdi.

 

Nigar

 

Избранный
5
oxu24.com

1Источники