Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
O bildirib ki, belə şəraitdə Ermənistandan hər cür nadürüstlük gözləmək olar:
"Dünyanın bir sıra dırnaqarası ədalət carçıları olan ölkələri Ermənistanın arxasında durduqca onlar hər cür cinayət törədə bilərlər. Ermənistan azərbaycanlılara məxsus qədim Təpəbaşı məhəlləsində tarixin böyük yadigarı olan ərazidə pivə çəkməklə məşğuldur.
Bu o deməkdir ki, Ermənistan hər cür insanlıq dəyərlərinə qarşı gözünü qırpmadan cinayət törədə bilər. Azərbaycanın bütün tarix, mədəniyyət abidələrini yer üzündən silir, adını dəyişirlər, məscidləri dağıdılar. Təkcə Qarabağda və Şərqi Zəngəzurda 70-ə yaxın məscidi dağıdıblar. İşğal zamanlarında məscidlərə donuz bağlayır, murdar hərəkətlər edirdilər. Cinayətlər cəzasız qaldıqca, yeni cinayətlər törətməyə meyil edirlər".
Politoloqun sözlərinə görə, ermənilər öz dini və mənəvi dəyərlərinə də ciddi şəkildə dəyər vermirlər, dəb xatirinə əməl edirlər:
"Əks təqdirdə, öz dininə dəyər verən toplum hər bir millətin dəyərlərinə o cür yanaşardı. Yeri gələndə "Üçmədzin" kilsəsinin müqəddəs dedikləri əşyalarına da eyni tərbiyəsizlikləri etməyə qadirdirlər. Siyasi məqsədləri naminə dinlərinin bütün müqəddəslərini, simvollarını tarix boyu qurban veriblər və verəcəklər. Onlar üçün siyasi maraqlar dini dəyərlərdən qat-qat yuxarıda dayanır. Ona görə də məscidlərimizdə spirtli içki paylamaq ermənilərin dini dəyərlərə hansı münasibətdə olduğunu göstərir. Öz dini dəyərlərinə göstərdikləri münasibəti başqa xalqlar üçün də sərgiləyirlər. Bu cür hərəkətlər Azərbaycana qarşı siyasi təcavüzün başqa forması kimi qiymətləndirilir".
Əfsanə Kamal
Demokrat.az