RU

Türkiyə və Türkmənistan qaz tranziti ilə bağlı razılıq əldə edib

Türkmənistan Türkiyənin "Bota" şirkəti ilə öz təbii qazının İran ərazisindən tranziti barədə razılığa gəlib.

hakimiyyet.az "Neytral Türkmənistan" rəsmi qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib.

Qurbanqulu Berdiməhəmmədov söhbət zamanı elektroenergetika sahəsində qarşılıqlı əlaqələrin artırılması məqsədilə Türkmənistan Marı SES-dən İran sərhədinə qədər Marı-Məşhəd elektrik ötürücü xəttinin çəkilməsini təklif edib. Layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

O vurğulayıb ki, Türkmənistanla İran Asiya və Avropa, Xəzər dənizi və Fars körfəzi arasında əlverişli coğrafi mövqedə yerləşir ki, bu da iki ölkə üçün nəqliyyat-logistika sahəsində konstruktiv tərəfdaşlıq üçün yol açır. 

Избранный
28
8
hakimiyyet.az

10Источники