Bakı və Moskva arasında gərginlik necə səngiyə bilər? Növbəti mərhələdə iki ölkənin münasibətləri necə olacaq?
Olaylar.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Rusiya hazırda haqsız aqressiya nümayiş etdirir:
"Yuli Sezar (Roma İmperatoru - red.) güzgünün önünə keçib özünə baxıb deyir: "Sezar, hirslisən, deməli, haqsızsan". Rusiya bu gün çox hirslidir, deməli, haqsızdır. Rusiya Federasiyası nə qədər ki gerçəyi dilə gətirməyəcək, bir o qədər aqressiv davranacaq, siyasətdə rinqdən və əlcəyindən başqa intellektual baqajında heç nə olmayan Value azərbaycanlıları hədələyəcək, Rusiya vətəndaşı olan iş adamlarının əmlakının müsadirə edilməsi ilə bağlı fikirlər səsləndiriləcək. Bütün bunlar bumeranq kimi Rusiyanın özünə yönələcək. Rusların əslində hüquqi, demokratik dövlətdə yaşamadıqlarını onlara göstərəcək. Beləliklə, Rusiya Federasiyasının təməl daşlarına zərər dəyəcək".
Hikmət Babaoğlu
Deputat qeyd edib ki, Rusiyadakı ağıllı siyasətçilər bu üslubu dəyişməlidirlər:
"Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoyulmalıdır. Rəsmi Bakı təmkinli davranır, haqqını, hüququn bərpasını tələb edir. Üçtərəfli kommisiyanın ilkin nəticəsindən aydındır ki, Azərbaycan təyyarəsi vurulub. Bu da Rusiyanın hava məkanında baş verib. Bunun Rusiya-Ukrayna müharibə