RU

“Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri Qazaxda keçirilib - FOTO

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 3-10 fevral tarixlərində Qazax Dövlət Dram Teatrında Regionlarda “Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri baş tutub.

“İki sahil” xəbər verir ki,  rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusif tərəfindən keçirilən ustad dərsləri, iştirakçılar ilə təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradıblar.

Sözügedən təlimdə çıxış edən MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov layihənin önəmindən danışaraq, Mərkəzin teatr istiqaməti üzrə bir neçə layihəsinin olduğunu vurğulamış həmçinin regionlarda bu kimi layihələrin vacibliyini xüsusilə qeyd edib.

Regionlarda fəaliyyət göstərən teatrların rejissor və aktyorları üçün təşkil olunan peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə sərbəstliyi və texnikası, pyesin mənimsənilmə prosesi, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətlər təkmilləşdirilib.

Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Layihə çərçivəsində ölkənin müxtəlif regionlarında bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.

Избранный
5
1
ikisahil.az

2Источники