RU

ABŞ polad və alüminium idxalına 25% rüsum tətbiq etdi

Finss.az - 10 fevral tarixində ABŞ prezidenti Donald Tramp yeni fərmanlar imzalayaraq ölkəyə idxal olunan bütün növ polad və alüminiuma 25% rüsum tətbiq edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb. Yeni qaydalara əsasən, Şimali Amerika regionuna aid “standart” müəyyən edilib. Bu standarta görə, idxal olunan polad mütləq bölgədə “əridilib və tökülməli”, alüminium isə “əridilib və qəliblənməlidir”. Bu qərarla Çindən minimal emal olunmuş poladın ABŞ-a idxalı məhdudlaşdırılır.

Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib ki, tariflər xarici dampinqi dayandıracaq, daxili istehsalı artıracaq və ABŞ-ın polad və alüminium sənayesini iqtisadi və milli təhlükəsizliyin dayağına çevirəcək.

“Məsələ təkcə ticarət deyil. Bu addım Amerika üçün həyati əhəmiyyət kəsb edən polad və alüminium sənayesində xarici ölkələrdən asılılığın qarşısını almaq üçündür”, – deyə o vurğulayıb.

Избранный
4
fins.az

1Источники