RU

Deputat: “Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir

Azərbaycandakı “Rus evi”nin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib. “Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir.

Publika.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə deyib.

O xatırladıb ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra bəzi rusiyalı deputatlar da Azərbaycana qarşı çıxışlar etməyə başladılar:

“Bu, Azərbaycanın apardığı siyasətə zidd olduğuna görə, onların ölkəyə gəlişinə qadağa qoyuldu. “Rus evi” ilə əlaqədar məsələyə gəlincə, illər öncə də belə problem yaşanmışdı. Onların Azərbaycana qarşı siyasət yürütdükləri bildirilmişdi. Sonradan hadisələr səngidi".

Deputat qeyd edib ki, hazırda yenidən bu məsələ gündəmə gəlib və Rusiyaya nota göndərilib.

Избранный
40
14
publika.az

10Источники