RU

BDU tələbələri üçün növbəti “ARB 24 NewsLab” təlim proqramına müraciət qəbulu başlayıb

Bakı, 11 fevral, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti “ARB 24 NewsLab” təlim proqramına müraciətlərin qəbulu başlayıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim proqramına Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri və magistrantları qoşula bilərlər.

Təlim proqramı 3 ay davam edir. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunurlar.

BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə reallaşan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunur və iştirakçıların ən azı yarısı əmək müqaviləsi ilə rəsmi şəkildə işə götürülürlər.

Müraciət etmək istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Избранный
22
1
azertag.az

2Источники