RU

Müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb

Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.

Yenisabah.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, hər iki şəxs məktəbdə ağır yaralı halda tapılıb.

Şagird huşsuz vəziyyətdə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Müəllimin isə müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırmalara başlayan polis, müəllimin şagirdini öldürdükdən sonra intihara cəhd etdiyini açıqlayıb.

Məlumata görə, müəllim daha əvvəl depressiya səbəbilə işdən müvəqqəti uzaqlaşdırılmış, lakin keçən ilin sonunda yenidən vəzifəsinə qayıtmışdı./BAKU.WS


Telegram kanalımız
Избранный
22
yenisabah.az

1Источники