RU

İsraildə vətəndaş iğtişaşları davam edir

Ajans.az xəbər verir ki, məhbus mübadiləsinin bir anda həyata keçirilməsinə çağıran Lapid, İsrail hökumətinin "Qəzzada məhbusların öldürülməsinə" bərabər bir siyasət yürütdüyünü söyləyib.

Lapid, Netanyahu və hökumətin vaxt udmaq üçün razılaşmanı sabotaj etməyə çalışdığını vurğulayıb.

Qəzzadakı israilli məhbusların qohumları da İsrailin atəşkəs razılaşmasından irəli gələn öhdəliklərini pozduğuna əsaslanaraq HƏMAS-ın məhbus mübadiləsini dayandırmasında Netanyahunu günahlandırıblar. İsrail Ordusu Radiosunun məlumatına görə, məhbuslardan birinin qardaşı Denni Algert, Netanyahunu Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasını sabotaj etməkdə günahlandırıb.

Algert, razılaşmanın ikinci mərhələsinin başlanmasının danışıqların birinci mərhələsinin şərtlərindən biri olduğunu və Netanyahunun danışıqların başlamasına mane olduğunu, HƏMAS-ın məhbusları təhvil verməkdən vaz keçməsinə səbəb olduğunu bildirib.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də baş tutması gözlənilən məhbus mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə dayandırıldığını açıqlayıb.

Избранный
12
Ajans.az

1Источники