"River Pleyt"in yarımmüdafiəçisi Pablo Solarinin agenti Ariel Kiperşmid müştərisinin Moskva "Spartak"ı ilə müqavilə bağladığını bildirib.
Fanat.Az xəbər verir ki, o, yayılan məlumatları "Çempionat"a açıqlamasında təsdiqləyib:
"Bəli, Soları "Spartak"la münasibətləri rəsmiləşdirib".
Qeyd edək ki, Pablo 2024 mövsümündə "River Pleyt"in forması ilə bütün turnirlərdə 22 matça çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 23 yaşlı futbolçunun transfer qiymətini 7 milyon avro ilə dəyərləndirir.
Nihat