AZ

Solarinin agenti müştərisinin Rusiya klubu ilə müqavilə bağladığını təsdiqlədi

"River Pleyt"in yarımmüdafiəçisi Pablo Solarinin agenti Ariel Kiperşmid müştərisinin Moskva "Spartak"ı ilə müqavilə bağladığını bildirib.

Fanat.Az xəbər verir ki, o, yayılan məlumatları "Çempionat"a açıqlamasında təsdiqləyib:

"Bəli, Soları "Spartak"la münasibətləri rəsmiləşdirib".

Qeyd edək ki, Pablo 2024 mövsümündə "River Pleyt"in forması ilə bütün turnirlərdə 22 matça çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 23 yaşlı futbolçunun transfer qiymətini 7 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
6
fanat.az

1Mənbələr