RU

''Beşiktaş'' Cənubi Amerikadan daha bir oyunçu aldı

''Beşiktaş'' bu qış Cənubi Amerika ''bazarına'' yönəlib. Bu günlərdə ekvadorlu 18 yaşlı vinger Keni Arroyonu heyətinə qatan İstanbul nəhəngi indi də kolumbiyalı Elan Ricardo ilə anlaşıb.

Klubdan verilən rəsmi açıqlamada 20 yaşlı yarımmüdafiəçinin klubu, Kolumbiya təmsilçisi ''La Ekidad'' ilə anlaşma əldə olunduğu vurğulanılıb. ''Ağ-qaralar'' bu transfer üçün 2 milyon avro və sonrakı satışdan 10 faizlik pay ödəyəcəklər.

Rikardo son detalları razılaşdırmaq və tibbi müayinədən keçmək üçün bu gün səhər saatlarında İstanbula gəlib. 2004-cü ilə təvəllüdlü futbolçu ''La Ekidad''ın öz yetirməsidi. O, 2023-dən əsas komandaya cəlb olunmağa başlayıb. İndiyə qədər bu komandada 49 oyuna çıxaraq 9 qol vurub.

Hələ ki, Kolumbiya yığmasına dəvət almayan Rikardo ''Beşiktaş''da illik 600 min dollar qazanacaq. Amma onunla imzalanacaq müqavilənin müddəti barədə məlumat yoxdu.

ƏLİ

Избранный
22
football-plus.az

1Источники