RU

“Qarabağ” onunla yolları ayırdı

style='margin-bottom:10px;'>

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

"Qarabağ" Riçard Almeydaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Qarabağ" bu qış  Olavio Juninyo və Julio Romao ilə də yollarını ayırıb.

Избранный
3
49
teleqraf.com

10Источники